UEFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni komandası “Konyaspor”u cərimələyib.
Teleqraf.com xəbər verir ki, buna Super Liqa təmsilçisinin maliyyə öhdəliklərini düzgün yerinə yetirməməsi səbəb olub. Konya təmsilçisi 150 min avro cərimə ödəyəcək.
Qeyd edək ki, M.Emreli qış fasiləsində Xorvatiyanın “Dinamo Zaqreb” komandasından icarə əsasında Türkiyə klubuna keçib.