Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avstriya yığmasına qarşı keçirəcək oyunda yığmada 26 futbolçudan 3-nü heyətdən çıxarmalı olub.
Teleqraf.com məlumatına görə, 67 yaşlı mütəxəssis Ceyhun Nuriyev ("Sabah"), Azər Salahlı ("Neftçi") və Rüstəm Əhmədzadənin ("Zirə") xidmətindən yararlanmamağı qərara alıb.
Daha əvvəl Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli zədəli olduğu üçün toplanışa qatılmayıb.
Qeyd edək ki, AVRO-2024-ün I tur oyunu üçün Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.