"Liverpul"un canlı əfsanəsi Stiven Cerardın mövsümün sonunda klubdan ayrılacağı haqqında xəbərlər yayılandan sonra futbolçuya təkliflər gəlməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, "Stivi" "Los Angeles Qalaksi" klubunun maraq dairəsindədir. ABŞ klubu yarımmüdafiəçiyə görə 20 milyon funt-sterlinq ödəməyə hazırdır.
Əgər Cerard təklifi qəbul edərsə həftəyə 100 min funt sterlinq qazanacaq.
Kəmalə