İspan Xosep Qvardiola tarixdə iki fərqli klubla üç kubok qazanan ilk məşqçi oldu.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, beləki, o 2009-cu ildə "Barselona" ilə İspaniya çempionatı, İspaniya kuboku və Çempionlar Liqasının qalibi olub, 2023-cü ildə isə "Mançester Siti" ilə İngiltərə Premyer Liqasının (APL), İngiltərə Kubokunun və Çempionlar Liqasının finalının qalibi olub.
Xatırladaq ki, iyunun 10-da İstanbulda keçirilən Çempionlar Liqasının finalında İngiltərə təmsilçisi İtaliya “İnter”ini 1:0 hesabı ilə məğlub edib.
68-ci dəqiqədə "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriqo Ernandes tabloda hesabı açıb. Ona Bernardo Silva köməklik edib.