“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan klubu bu gün baş tutacaq püşkatma mərasimində üç komanda və iki cütdən birinə rəqib olacaq.
Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk duelini Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya “MOİK 1948”ə (Bolqarıstan) qarşı keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.