5 Avqust 2023 01:24
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 4-də Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.

Teleqraf.com xəbər verir ki, “Dalğa Arena”da keçirilən mövsümün açılış oyununda “Araz-Naxçıvan” I tur çərçivəsində “Turan Tovuz”u qəbul edib.

Birinci hissədə qapılara qol vurulmayıb. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. Tovuz təmsilçisinin hücumçusu Martin Petkov fərqlənib. Bolqarıstanlı forvard həm də mövsümdə ilk qolun müəllifi olub.

Hesab arasındakı fərq 67-ci dəqiqədə iki topa çatıb. Bu dəfə nigeriyalı ön xətt oyunçusu Otto Con naxçıvanlıları mərkəzə dəvət edib. Görüşdə son nöqtəni Martin Petkov qoyub. 87-ci dəqiqədə dublunu rəsmiləşdirən yeni transfer “Turan Tovuz”a böyükhesablı qələbə qazandırıb - 3:0.

Qeyd edək ki, I tur çərçivəsində avqustun 5-də “Səbail” - “Sumqayıt” (18:30), “Qarabağ” - “Zirə” (21:00), ayın 6-da isə “Kəpəz” - “Neftçi” (17:00) və “Sabah” - “Qəbələ” (20:00) matçları oynanılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər