7 Avqust 2023 16:28
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının III raundunda Finlandiya klubu HİK-ə məğlub olarsa, Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ”ın yer aldığı cütün məğlubu ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər