Braziliyalı futbolçu Neymar bu yay Paris Saint-Germain-dən ayrılaraq “Barselona”ya qayıtmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə L'Equipe məlumat yayıb.
Fransa nəşrinin məlumatına görə, hücumçu Paris Saint-Germain prezidenti Nasser Əl-Xəlaifiyə yay transfer pəncərəsi bağlanana qədər komandadan ayrılmaq istədiyini bildirib. O, Kataloniya klubuna qayıtmaq arzusunu da bildirib.
Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Keçən mövsüm o, 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib, lakin ayaq biləyindən aldığı zədə səbəbindən martda çıxışını dayandırıb.