9 Sentyabr 2023 20:31
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün çox gərgin oyun olacağını bilirdik. Lakin hər şeyə rəğmən biz yaxşı çıxış etdik".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belçika yığmasına 0:1 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, komanda daha çox öz üzərində işləməlidir: “Ağır oyun olsa da, 90 dəqiqə ərzində ağıllı çıxış etdik. Belə rəqibə qarşı qol buraxmamalıydıq. Fikrimcə, komanda yaxşı oyun göstərdi. Sevindim ki, millinin prezidenti bizimlə gəlib görüşdü və oyundan razı qaldığını bildirdi. Bu sevindirici haldır. Ümumilikdə futbolçular öz vəzifələrini yaxşı şəkildə yerinə yetirdilər. Biz topla yaxşı oynayaraq, rəqibimizi yormaq istəyirdik. Buna da nail olduq”.


Müəllif: Teleqraf.com