12 Oktyabr 2023 21:00
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il 13 oyun keçirmişik, 6 qələbə qazanmışıq, 5 məğlubiyyətimiz var. Seçmə mərhələnin startı bizim üçün çox pis alındı. Avstriya və İsveçə böyük hesabla uduzduq. Amma sonrakı matçlarda pis oynamadıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Sabah daha diqqətli oynamalı olduqlarını bildirən 67 yaşlı mütəxəssis əlavə edib: “Problem odur ki, top bizdə olsa da, qol vura bilmirik. Bu rəqiblə Bakıdakı görüşün birinci hissəsində yaxşı çıxış etməmişdik. Amma ikinci yarıda tamam fərqli idik. Avstriya və İsveç kimi güclü rəqiblərə böyükhesablı məğlubiyyət bizim üçün dərs oldu. Sabah Estoniya ilə Bakıdakı oyunun ikinci hissəsindəki kimi oynamalıyıq. Heç bir baş məşqçi oyundan əvvəl uduzmaq və ya heç-heçə etmək istədiyini demir”.

İtaliyalı baş məşqçi zədəli Bədavi Hüseynov və Bəhlul Mustafazadənin vacib futbolçular olduğunu vurğulayıb: “Bundan əlavə, kimisə milliyə çağırmıramsa, deməli, müəyyən səbəblər var. Əgər yığmada oynamaq istəyiriksə, bunun üçün hər şeyi etməliyik”.

Qeyd edək ki, oktyabrın 13-də Tallində keçiriləcək Estoniya-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər