Qazaxıstanın "Turan" klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli məlumat verib.
Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib.
Elcan Həsənli 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra "Turan"ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini söyləyib. O, məhz bu səbəbdən FIFA-ya şikayət etdiklərini və tələblərinin qəbul olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, hazırda "Neftçi"də çıxış edən Emil Balayev 2022-ci ilin martından iyuluna qədər "Turan"ın formasını geyinib.
Bizim WhatsApp kanalımıza ab