"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen belindəki ağrılara görə əməliyyat edilib.
Teleqraf.com xəbər verir ki, əməliyyat Fransada olub.
Klubun almaniyalı qolkiperin səhhəti ilə bağlı məlumatları yaymaq istəmədiyi bildirilib. Onun reablitasiya müddəti ilə bağlı dəqiq məlumat yoxdur.
Xatırladaq ki, Ter Şteqen noyabrda Almaniya millisində olarkən bel nahiyəsində şiddətli ağrılar başlayıb. Buna görə o, bir neçə matçı buraxmışdı.//qol.az