20 Dekabr 2023 19:45
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, “Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma Bakı klubunun əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Hesabı 4-cü dəqiqədə qonaqlar açıblar. Otto Con erkən qolla komandasını önə keçirib. İlk hissə Tovuz təmsilçisinin üstünlüyü ilə tamamlanıb.

İkinci hissədə təzyiqi artıran “qartallar” yeddi dəqiqəyə iki qol vuraraq qalib gəliblər. 82-ci dəqiqədə Felipe Paxtman hesabı bərabərləşdirib. 89-cu dəqiqədə isə Rüstəm Əhmədzadə matçda son nöqtəni qoyub.

Bu nəticədən “Zirə” 1/4 finalda “Səbail”ə rəqib olub.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” komandaları növbəti raunda adlayıblar. Mərhələnin son iki oyunu dekabrın 21-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər