Türkiyəli siyasətçi, sabiq millət vəkili Sinan Oğan “Qalatasaray” və “Fənərbaxça” futbol klublarını Xankəndidə oynamağa çağırıb.
Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində yazıb.
“Əgər ölkə xaricində oynamaq istəyirsinizsə, Xankəndi stadionunu tövsiyə edirəm. Əks halda, bu final paytaxta yaraşardı”, - Oğan deyib.
Dünən axşam Türkiyə Superkubokunun finalı çərçivəsində keçirilməli olan “Fənərbaxça” - “Qalatasaray” matçı təxirə salınıb. Buna səbəb oyunun keçiriləcəyi Səudiyyə Ərəbistanında hökumətin meydana komandaların “Atatürk” yazılı köynəklərlə çıxmasına icazə verməməsidir.