13 Yanvar 01:21
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turniri davam edir.

Teleqraf.com xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan millisinin 2 üzvü medal qazanıb.

Onlardan biri qızıl, digəri isə bürünc olub.

Yunan-Roma güləşçi Sənan Süleymanov 77 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, beş rəqibini də məğlub edərək, Azərbaycanın yığmasının hesabına ilk qızıl medalı yazdırıb.

Qadın güləşçi Alyona Kolesnik (59 kq) isə bürünc mükafata yiyələnib.

Qeyd edək ki, buna kimi, 3 sərbəst güləşçi turnirdə üçüncü yeri tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər