7 Aprel 13:22
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu 1/4 final mərhələsində Niurqun Skriabinlə (AİN) qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn yığmamızın lideri yarımfinala yüksəlib. Onun növbəti rəqibi İslam Dudayev (Albaniya) olacaq.

Həmçinin yarışda mübarizə aparan Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala adlayıblar.

***

11:26

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qalibiyyətlə başlayıb.

Teleqraf.com xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu Fransanı təmsil edən Xamzat Arsamerzoyevə qalib gəlib.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn 32 yaşlı idmançı 1/4 finala yüksəlib.

86 kq çəki dərəcəsində yer alan Osman Nurmaqomedov da mübarizəyə qələbə ilə başlayıb.

İdmançı təsnifat mərhələsində litvalı Domantas Pavluçenkoya 9:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Onun bu raunddakı rəqibi İsveçrə idmançısı Samuel Şerrer olacaq.

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə bu gün yekun vurulacaq.


Müəllif: Teleqraf.com