“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan çempionu 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb.
Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
O, “Qarabağ”da 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.