Gürcüstan millisi və İtaliyanın “Napoli” klubunun hücumçusu Xviça Kvaratsxeliya sosial şəbəkədəki paylaşımında Avro-2024-də iştirakını şərh edib.
Teleqraf.com xəbər verir ki, futbolçu turnirə daha inamlı və güclü qayıdacaqlarını bildirib.
“Avropa çempionatından qürur, başucalığı, gözəl emosiyalar və xatirələrlə ayrılırıq. Xalqa, ölkəyə böyük sevinc, qürur bəxş etdik. Hər kəsə təşəkkür etmək istərdim. Biz işləyəcəyik, inkişaf edəcəyik və daha güclü qayıdacağıq”, - Kvaratsxeliya yazıb.
Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final turnirində iştirak edib. Fransalı mütəxəssis Villi Sanyolun rəhbərlik etdiyi komanda 1/8 mərhələdə İspaniyaya 1:4 hesabı ilə uduzub.