Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) karyerasını sonlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə pəhləvan özü sosial şəbəkə hesabında bildirib.
O, paylaşdığı yazıya "Bu da son!" adlı başlıq verib.
"Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub. Qazandığım qələbələr tək mənim yox, Azərbaycan xalqının qələbəsi olub. Mənə bu günə qədər dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm", - H.Əliyev qeyd edib.
Qeyd edək ki, 33 yaşlı güləşçi 3 dəfə dünya, 4 dəfə isə Avropa çempionatının qalibi olub. Əliyev Olimpiadanın gümüş və bürünc mükafatçısıdır.