Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib
Teleqraf.com xəbər verir ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb.
"Azərsun Arena"da keçirilən matçda qonaqlar qələbə qazanıb - 1:0.
Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.
Penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.