Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri kimi UEFA-dan xüsusi mükafat alıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Yarışın bütün zamanların ən çox qol vuran oyunçusu olduğum üçün bu mükafatı almaqdan şərəf duyuram. Bu proses boyu mənə verdiyiniz bütün dəstəyə görə təşəkkür edirəm!”, - forvard bildirib.
Mükafatı avqustun 29-da Monakoda keçiriləcək yeni yarışın püşkatma mərasimi zamanı UEFA prezidenti Aleksander Çeferin təqdim edib.
Bundan başqa İtaliyalı qapıçı Canluici Buffon da mükafata layiq görülüb.
Qeyd edək ki, Ronaldo Çempionlar Liqasında 183 oyun keçirib, 140 qol vurub. Siyahıda növbəti pillədə Lionel Messi qərarlaşıb, o, Ronaldodan 11 top geri qalır. Robert Levandovski Kriştianodan 46 qol az olmaqla üçüncü yerdədir.