15 Oktyabr 18:47
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını ölkəsində davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, 34 yaşlı hücumçu A Seriyasında çıxış edən “Cenoa” klubu ilə anlaşıb.

Yeni komandası ilə cari mövsümün sonunadək müqavilə imzalayacaq forvardın məvacibi 250-300 min avro olacaq.

Qeyd edək ki, Mario Balotelli son olaraq Türkiyədə “Adana Dəmirspor”un formasını geyinib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər