28 Mart 2015 23:12
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda Azərbaycan milli komandası növbəti matçına çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz doğma meydanda Malta ilə qarşılaşıb. Qeyd edək ki, bu oyun xorvatiyalı mütəxəssis üçün millimizdə ilk rəsmi oyun idi.

Turnir cədvəlinin sonunca pilləsində qərarlaşan komandamız seçmə mərhələdə keçirdiyi dörd qarşılaşmada xala həsrət qalıb. Millimiz qrupun autsayderlərindən olan Malta ilə görüşdə üç xal qazanıb. Cavid Hüseynov qarşılaşmanın 4-cü dəqiqəsində Azərbaycan millisi önə çıxarıb. Oyunun artırılma dəqiqələrində Dmitriy Nazarov baxımlı qol vurmaqla hesabı 2:0-a çatdırıb.

Qələbə sayəsində yığmamız sonuncu pillədən qurtula bilib.

Azərbaycan – Malta - 2:0
Qollar: Cavid Hüseynov, 4 (1:0), Dmitri Nazarov, 90+2 (2:0)

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. 17. Vüqar Nadirov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22, Əfran İsmayılov, 20. Namiq Ələsgərov.

Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Mahir Şükürov, 7. Vaqif Cavadov, 8. Eddi İsrafilov, 9. Məhəmməd Qurbanov, 10. Elvin Məmmədov, 11. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 15. Ruslan Abışov, 18. Coşqun Diniyev.

Baş məşqçi: Robert Prosineçki.

Malta: 1. Endryu Hoqq, 2. Conatan Karuana, 3. Stiv Bezzina, 4. Stiv Borq, 5. Andre Agius, 8. Roderik Briffa (k), 11. Rouen Muskat, 13. Andre Şembri, 16. Pol Fenek, 17. Rayan Kamilleri, 19. Alfred Effionq.

Ehtiyat oyunçular: 23. Henri Bonelyo, 12. Yustin Haber, 6. Rayan Fenek, 7. Mark Şkerri, 9. Jan Pol Farruqia, 10. Endryu Kohen, 14. Konor Borq, 15. Yurgen Pisani, 18. Byorn Kristensen, 20. Stiv Pisani, 21. Rayan Kamenzuli, 22. Zak Muskat.
Baş məşqçi: Pietro Qedin.

Hakimlər: Halis Özkahya, Cem Satman, Ekrem Kan, Kemal Yılmaz (Türkiyə).
Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa (Türkiyə).
Hakim-inspektor: Covanni Boloqnino (İtaliya).
UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Müəllif: