5 Aprel 2015 18:05
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İspaniya La Liqasının 29-cu turu çərçivəsində "Real" doğma meydanda çempionatın autsayderlərindən biri olan "Qranada"nı qəbul edib.

Trend-in məlumatına görə, oyun tamamilə madridlilərin üstünlüyü ilə keçib. Birinci hissənin tamamında azarkeşlər artıq 4 qol görüblər: 25-ci dəqiqədə Beyl, 30, 36 və 38-ci dəqiqələrdə isə Ronaldo fərqlənib.

İkinci hissədə də "qol yağışı" davam edib. Növbə 52 və 56-cı dəqiqələrdə Benzemaya çatıb. Ronaldo isə 54-cü dəqiqədə 4-cü qolunu vurub - 7:0.

74-cü dəqiqədə qonaqlar qollardan birinin əvəzini çıxıblar. Lakin 83-cü dəqiqədə avtoqol qeydə alınıb. Son nöqtəni isə 89-cu dəqiqədə Ronaldo qoyub - 9:1.

Beləliklə, "Real" 29 oyundan 67 xalla ikinci, "Barselona" isə 28 oyundan 68 xalla birinci sıradadır.


Müəllif:

Oxşar xəbərlər