9 Aprel 2015 17:06
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubunun futbolçusu Namiq Ələsgərov uğurla əməliyyat olunub.

Teleqrasf.com AFFA-ya istinadən məlumat verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən N.Ələsgərov Almaniyada uğurla cərrahiyə əməliyyatı olunub və bu gündən etibarən fizioterapiya kursuna başlayıb.

Qeyd edək ki, N.Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.


Müəllif: