"Tottenhem" rəhbərliyi radikal addımlar atmaq qərarına gəlib.
Teleqraf.com-un məlumatına gprə, bu barədə "Goal" xəbər yayıb. Klubun idman direktoru Franko Baldininin işindən narazı olan rəhbərlik yayda onun dövründə transfer olunan və əsas heyətdə möhkəmlənə bilməyən 11 futbolçu ilə yollarını ayırmaq istəyir.
Franko kluba direktor təyin olunduqdan sonra "Tottenhem" transferlərə 140 milyon funt xərcləyib. Alınan futbolçulardan isə ikisi - Kristian Eriksen və Naser Şadli - əsas heyətin üzvüdü.
Yayda Robeto Soldado, Emmanuel Adebayor, Mussa Dembele, Paulinyo, Vlad Kirikeş, Yunes Kabul, Mişel Vorm, Ben Devis, Federiko Fasio, Benjamen Stambuli və Etyen Kapunun komandanı tərk edəcəyi gözlənilir.
Rüstəm