11 Aprel 2015 23:47
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.

Teleqraf.com-un Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu vəsiqəyə boksçu Albert Səlimov yiyələnib.

60 kq çəki dərəcəsində yer alan Səlimov "Baku Fires" klubunun heyətində uğurlu çıxışı sayəsində nail olub. O, bu gün Quba Olimpiya Kompleksində "USA Knockouts"dakı rəqibi Karlos Balderası texniki nokautla yenib. Bununla da WSB Liqasının reytinqində 60 kq çəkidə birinci pilləni təmin edən Səlimov vaxtından əvvəl Rio-2016-ya vəsiqəni təmin edib.

İndi Azərbaycan Boks Federasiyasının bu lisenziyanı təsdiqləməsi qalır. Milli federasiya 60 kq çəkidə olimpiadaya vəsiqənin digər yarışlarda qazanılmasına qərar verməsə, Səlimovun lisenziyası rəsmiləşəcək.


Müəllif:

Oxşar xəbərlər