Almaniya kubokunun yarımfinalı çərçivəsində "Bavariya" ilə oynanılan görüşdən sonra "Borussiya"nın futbolçusu Sebastyan Kel "Penalti vurmağı öyrənsinlər" deyərək əzəli rəqiblərinin bostanına daş atmışdı.
Teleqraf.com xəbər verir ki,"Bavariya"nın buna cavabı gecikməyib.
"Bayer"lə oyundan öncə keçirilən mətbuat konfransında Pep Qvardiola Kelin açıqlamasına münasibət bildirib:
"Əgər 35 xal geridəsinizsə, susmalısınız. Belə danışmaq olmaz".
"Bavariya"lılar futbolçular Dortmund "Borussiya"sı ilə görüşdə bir dənə də olsun 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməmişdilər.
Rüstəm