Ötən gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, “Barselona” öz meydanında “Bavariya”nı qəbul edib. Bu matç Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub. Çünki ispan mütəxəssis ilk dəfə sabiq komandası ilə üz-üzə gəlib.
İlk hissəsi qolsuz bitən qarşılaşmanın ikinci yarısında 3 qol vurulub. Kataloniya klubu qonaqları 3 cavabsız qolla məyus edib.
Rəqiblər son olaraq Çempionlar Liqasının 2012/2013 mövsümünün yarımfinal mərhələsində görüşmüşdülər. Bundesliqa klubu hər iki oyunda rəqibini cavabsız qollarla (4:0, 3:0) udmuşdu.
Yarımfinalın ilk oyununda “Yuventus” (İtaliya) “Real”ı (İspaniya) 2:1 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
6 may
“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) - 3:0
Qollar: Messi, 76; 80, Neymar, 90+3
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Barselona. “Nou kamp” stadionu
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm