8 May 2015 11:26
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, "Sevilya" öz meydanında "Fiorentina"nı sınağa çəkib. La Liqa təmsilçisi rəqibini 3 cavabsız qolla üstələyib. "Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu isə səfərdə "Napoli"nin qonağı olub. Matçda hesabı ev sahibi komanda açsa da, qonaqlar oyunun bitməsinə az qalmış hesabı bərabərləşdiriblər.

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları mayın 14-də keçiriləcək.

Avropa Liqası, yarımfinalın ilk oyunları

7 may

“Sevilya” (İspaniya) – “Fiorentina” (İtaliya) - 3:0

Qollar: Vidal, 17, 52, Qameyro, 75

Baş hakim: Feliks Brix (Almaniya)

Sevilya. Ramon Sançes Pisxuan stadionu

“Napoli” (İtaliya) – “Dnepr” (Ukrayna) - 1:1

Qollar: Lopes, 50 - Seleznyov, 81

Baş hakim: Sveyn Moen (Norveç)

Neapol. San Paolo stadionu

Rüstəm


Müəllif:

Oxşar xəbərlər