24 May 2015 11:41
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasında mövsümün son turunda "Real" doğma meydanda "Hetafe"ni qəbul edib və 7:3 hesabı ilə məğlub edib.

Teleqraf.com xəbər verir ki, bu qarşılaşmada het-trik edən Madrid klubunun ulduz futbolçusu Kriştiano Ronaldo ölkə çempionatının bombardiri olub.

Portuqaliyalı forvard 34 oyunda 48 qol vurub. "Barselona"nın futbolçusu Lionel Messi isə ikincidi (38 oyunda 43 qol).

Ronaldo həmçinin şəxsi rekordunu təzələyib. Buna qədər o, La Liqada ən çox 2011/12 mövsümündə 46 qol vurmuşdu.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər