Sabah Qəbələdə Azərbaycan kubokunun final matçında “Neftçi” ilə qarşılaşacaq "Qarabağ" bu gün Qəbələyə yollanıb.
Bu haqda məlumatı “"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov yayıb:
"Bu gün səhər məşqini edəndən sonra Qəbələyə yola düşdük. Sabah da bir məşq planlaşdırılıb. Heyətdə də elə bir problemlərimiz yoxdur".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu iyunun 3-də saat 21:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.