2 İyun 2015 23:20
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA prezidenti Yozef Blatter 5-ci müddətə prezident seçildiyindən 4 gün sonra postunu tərk etdiyi barədə deyib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Bu qərar haqqında Blatter növbədənkanar mətbuat konfransı zamanı deyib. Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFА) prezidenti Blatter öz vəzifələrini növbəti fövqəladə konqressinə qədər yerinə yetirəcək.

FİFA-nın növbəti fövqəladə konqressi 2015-ci ilin dekabr və 2016-cı ilin mart ayları arası keçəcək. Konfransda FİFA-nın yeni prezidentinin seçilməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər