Hakimlərimiz Avropa çempionatının (AÇ) seçmə mərhələsinə təyinat alıblar.
Teleqraf.com-un məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda iyunun 15-də keçiriləcək Monteneqro - Moldova oyununu FIFA referisı Orxan Məmmədov idarə edəcək.
Onun köməkçiləri Mehman Mahmudov və Yaşar Abbasov olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.