"Yuventus" rəhbərliyi uğurlu nəticələrə imza atan Massimiliano Alleqriyə yeni saziş təklif etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. İtalyan mütəxəssisin müqaviləsi 2017-ci ilə kimi uzadılacaq. Bununla yanaşı, anlaşmaya əsasən, sazişin müddəti daha bir il artırıla bilər.
Maliyyə məsələləri isə bu gün Alleqri və klub rəsmiləri arasında keçiriləcək görüşdə həllini tapacaq.
Rüstəm