"Qalatasaray" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.
İstanbul təmsilçisi "Akhisar"da oynayan Bilal Kısanı heyətinə cəlb edib. 32 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, B.Kısa 2014/15 mövsümündə Türkiyə superliqasında oynadığı 31 matçda 6 qol vurub və 8 qolun ötürməsini verib.