27 İyul 2015 12:30
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" rəhbərliyi qapıçı David De Xeanın transferində maraqlı olan "Real"ın göstərdiyi münasibətdən narazıdı.

Teleqraf.com xəbər verir ki, bu barədə Premyer Liqa klubunun əməkdaşlarından biri İspaniyanın məşhur "Marca" qəzetinə bildirib:

"Başa düşmürük ki, niyə "Real" tələb olunan məbləği ödəmək istəmir. Əgər De Xea həqiqətən onlara lazımlıdısa, onda tələb edilən transfer məbləğini ödəməlidilər. Ancaq "Real" nədənsə susur.

Biz anlayırıq ki, De Xea üçün "Real"a keçid unikal imkandı. Biz onu dayandıra bilmirik, amma hər bir oyunçunun dəyəri var. Əgər müqavilə tezliklə imzalansaydı, hər iki tərəf rahat olardı"

Daha əvvəl bildirilirdi ki, "Mançester Yunayted" De Xeanı "Real"a 40 milyon avroya satmağa və ya müdafiəçi Serxio Ramosla dəyişməyə hazırdı.

"Mançester Yunayted" bu gün qapıçı Serxio Romeroyla 3 illik müqavilə imzalayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər