28 İyul 2015 19:53
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la qarşılaşacaq "Qəbələ" bu oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Teleqraf.com-un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun müəyyənləşdirdiyi siyahıda 26 futbolçu yer alıb.

Bunlardan 7-si ehtiyat oyunçulardır. Komandanın yeni transferi Ermin Zetsin adı iştirak ərizəsinə daxil edilməyib. Bu isə o deməkdir ki, Bosniya və Hersoqovina yığmasının üzvü "Apollon"la görüşlərdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, iyulun 30-da keçiriləcək "Apollon" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Pietrzkeviç

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernudub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov. 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 5. George Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov

Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo. 69. Aleksey Antonov.

Ehtiyat oyunçular: 55. Süleyman Süleymanov, 2. Sahil Mirzəyev, 13. Murad Musayev, 4. Elvin Camalov, 16. Emin Zamanov, 17. Qismət Əliyev, 97. Roman Hüseynov


Müəllif: