7 Avqust 2015 00:20
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"nin tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlməsi Türkiyə mətbuatının da diqqətindən kənarda qalmayıb.

Qol.Az-ın məlumatına görə, qardaş ölkənin məşhur "sporx.com" saytı "Qəbələ"nin tarixi uğuru haqda yazıb.

Saytda "Qəbələ"nin evdə Kirp klubu "Apollon"u 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlməsi, eləcə də 15 min azarkeşin izlədiyi oyun ərzində Türkiyə və Şimali Kipr Türk Respublikası lehinə şüarlar səsləndirilməsi vurğulanıb.

Matçda vurulan yeganə qolun müəllifi Cavid Hüseynovun hakimin final fitindən sonra Azərbaycan və Türkiyə bayraqları ilə stadionda dövrə vurması da xüsusi qeyd olunub.


Müəllif:

Oxşar xəbərlər