28 Avqust 2015 10:35
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis bildirib ki, bu qarşılaşmada azarkeşlər möhtəşəm idi :

“Panatinaikos”u çox gözəl şəkildə dəstəklədilər. Fanatların ilk dəqiqələrdən belə çılğınlığının bizə problem yaratdığını düşünmürəm. Belə olacağını əvvəldən bilirdik. Matça yaxşı hazırlaşmışdıq. İlk qolu vurandan sonra müdafiəyə erkən çəkildik. Bu isə Yunanıstan klubunun aqressiv oynayıb, hücuma atılmasına, nəticədə qapımıza yol tapmasına şərait yaratdı. Komandamızda güclü futbolçular var. Aleksey Qay buna misaldır. O, çox peşəkardır, ad-sanı da var, oyunu da yüksək səviyyədədir. Elə yeni futbolçu transfer etməliyik ki, o, tam hazır və nüfuzlu olsun. Təkcə adına deyil, oyununa görə də komanda yoldaşlarına nümunə olmalıdır. UEFA Avropa Liqasında daha 6 oyun keçirəcək. Eyni zamanda çempionat və kubokda da mübarizə aparacağıq. Qarşıdakı bütün bu turnirlərdəki oyunlara köklənməliyik”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər