"Qarabağ"ın qrupdan çıxacağına inanıram. Bilirəm ki, "Tottenhem", "Monako" və "Anderlext"i sürpriz gözləyir".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Yanq Boyz"un serb müdafiəçisi Milan Vilotiç deyib.
Onun sözlərinə görə, Ağdamın "Qarabağ" futbol klubu güclü heyətə malikdir: "Mən "Qarabağ" haqda əvvəlcə geniş məlumatlı deyildim. İlk oyunumuzdan sonra bu komandanın necə güclü heyəti olduğuna şahidlik etdim. Bakıdakı görüşdə uğur qazana bilərdik. Amma çox çətin oldu. Erkən qırmızı vərəqə və penalti bütün planlarımızı pozdu. "Qarabağ"ın qrup mərhələsinə düşməyə haqqı olduğunu düşünürəm. "Qarabağ"ın qrupdakı rəqiblərini də gördüm. "Tottenhem", "Monako" və "Anderlext" üçün asan olmayacaq. Bəli, yenə təkrar edirəm, "Qarabağ"la oynamaq rəqiblərə heç də asan olmayacaq. Həqiqətən də "Qarabağ" gözləniləndən də güclüdür. Bu üç komandaya əsl başağrısı yaradacaq. Bizə qarşı oynadıqları kimi oynasalar, hər üçünü məğlub edərlər. "Qarabağ" oyun nizam-intizamını itirmir. Bu da peşəkarlıq tələb edir".
Samir