16 Sentyabr 2015 10:03
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsində yeni mövsümün ilk turunda doğma meydanda Donetsk "Şaxtyor"unu 4:0 hesabı ilə məğlub edib.

Teleqraf.com xəbər verir ki, "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo üçün bu qarşılaşma əlamətdar olub.

Matçda Ukrayna təmsilçisini 3 dəfə məyus edən portuqaliyalı forvard Madrid klubunun heyətində 33-cü het-trikini rəsmiləşdirib.

Ronaldo bu göstərici ilə "Barselona"nın hücumçusu Lionel Messini keçib (32 het-trik) və İspaniya klubları tarixində rekordçu olub.

Vurduğu üç qoldan ikisini penaltidən aktivinə yazdıran Ronaldo daha bir uğura imza atıb. O, dəqiq yerinə yetirilmiş penaltilərin sayına görə Çempionlar Liqasının tarixinə düşüb (11 penalti).

30 yaşlı futbolçu bu göstərici ilə aktivlərində 10 penalti olan Luiş Fiqo və Rud Van Nistelroyu geridə qoyub.

Ronaldo "Real"ın son iki matçında 8 qol vurub. Bundan əlavə, son 6 qarşılaşmada 4 dəfə het-trik edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər