21 Sentyabr 2015 08:38
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan komandalar növbəti oyunlarına çıxıb.

Qol.Az-ın məlumatına görə, hər üç rəqib - "Tottenhem", "Monako" və "Anderlext" bu gün ölkə çempionatında növbəti oyununu keçirib.

“Tottenhem” İngiltərə Premyer Liqasının 6-cı turunda öz meydanında “Kristal Palas”ı qəbul edib. Matçın taleyini bir qol həll edib. "Qarabağ"la görüşdə dubl edən Hin-Min Son bu oyunda da fərqlənib. Cənubi koreyalı futbolçunun 68-ci dəqiqədə vurduğu qol "Tottenhem"ə minimal hesablı qələbə qazandırıb - 1:0.

“Monako” Fransa Liqasının 6-cı turunda doğma meydanda “Loryan”la qarşılaşıb. Oyun Monako təmsilçisi üçün yaxşı başlamayıb. Hesabda 0:2 geri düşən "Monako" iki qol vuraraq bərabərliyi bərpa edib. Lakin daha bir qol buraxan meydan sahibləri görüşdən məğlub ayrılıb - 2:3.

“Anderlext” isə Belçika Liqasının 8-ci turunda “Şarleroy”un qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib. Matçın 57-ci dəqiqəsində qonaqlar hesabda önə keçsələr də, bu üstünlüklərini sonadək qoruya bilməyiblər - 1:1.





20 sentyabr

İngiltərə Premyer Liqası, 6- tur

17:30.”Tottenhem” – “Kristal Palas” - 1:0
Qol:
Hin-Min Son, 68 (1:0)


Fransa Liqası, 6-cı tur

20:00. “Monako” – “Loryan” - 2:3
Qollar:
Ndonq, 12 (0:1), Jinnot, 18 (0:2), Ture, 21 (1:2), Lemar, 47 (2:2), Maokandjo, 59 (2:3)


Belçika Liqası, 8-ci tur

21:00. "Şarlerua” – “Anderlext” - 1:1
Qollar:
Okaka, 57 (1:1), Perbet, 77 (1:1)


Müəllif:

Oxşar xəbərlər