6 Oktyabr 2015 17:00
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 7-ci turunda ən yaddaqalan məqam "İnter" - "Qarabağ" oyununda (0:2) baş hakim Elvin Əsgərovun qonaqların lehinə təyin etdiyi penalti epizodu oldu.

Əsgərovun meydan sahiblərinin qapısına təyin etdiyi penaltinin yanlış qərar olduğunu düşünən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Elvin Məmmədova topu kənara vurmağı tapşırıb.
Qurbanovun bu hərəkəti əksəriyyət tərəfindən alqışlarla qarşılanıb.

Sözügedən oyunun baş hakimi Elvin Əsgərov bu məsələylə bağlı sosial şəbəkədə fikirlərini bölüşüb:

"Penalti var. Burda "Fair-Play"in yeri yoxdu. Bu hərəkət hakimə qarşı hörmətsizlikdi. Diqqətlə baxsan, qapıçı topa toxunduqdan sonra bilərəkdən ayağını qaldırır və hücumçunu dizindən vurur. Söz-söhbəti üzərindən belə götürmürlər. Düz olan biz, penaltini vurmayıb hörmət qazanan onlar".


Müəllif: