17 Oktyabr 2015 12:52
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən kikboksçumuz Pərviz Abdullayev növbəti döyüşünə çıxıb.


"Kobra" ləqəbli idmançımız Rumıniyanın Sibiyu şəhərində təşkil olunan ACB KB 3 Grand Prix turnirində qüvvəsini sınayıb.

72,5 kq çəki dərəcəsində çıxış edən P.Adullayevin rəqibi Serbiya təmsilçisi Haris Ferizoviç olub.

Görüş 3 raund davam edib. Hakimlərin qərarı ilə çətin keçən döyüşün hər 3 hissəsində Abdullayev daha üstün olub və qələbə qazanıb.

Qeyd edək ki, döyüş Bakı vaxtı ilə 23:00-da start götürüb və Rusiyanın "Боец" kanalı ilə canlı yayımlanıb./publika.az/


Müəllif:

Oxşar xəbərlər