18 Oktyabr 2015 10:59
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Avro-2016"nın "pley-off" mərhələsinin püşkü atılacaq.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.

Gələn ilin yayında Fransada keçiriləcək final mərhələsinə son 4 vəsiqə uğrunda 8 komanda mübarizə aparacaq. Bu komandadan 4-ü püşkatma zamanı səpələnmiş, qalan 4-ü isə səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, eyni səbətdə yer alan yığmalar bir-biri ilə üzləşə bilməyəcək.

Qeyd edək ki, 8 komanda seçmə mərhələni 3-cü pillədə başa vuraraq "pley-off"da oynamaq hüququ əldə ediblər. A qrupunda çıxış edən Türkiyə yığması isə ən yaxşı qrup üçüncüsü kimi "Avro-2016"nın final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Səpələnmişlər: Bosniya və Herseqovina, Ukrayna, İsveç və Macarıstan

Səpələnməmişlər: Danimarka, İrlandiya, Norveç və Sloveniya


Müəllif: