Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman bin İbrahim Əl Xəlifənin FİFA prezidentliyinə namizədliyini irəli sürmək istədiyini xəbər vermişdik.
Şeyx Salman namizəd olmaq üçün FİFA üzvü olan 5 federasiyanın dəstəyini alıb. Bununla da o, FİFA prezidentliyinə növbəti namizəd olub.
49 yaşlı Şeyx Salman CAR-dan olan biznesmen Tokio Seksvale, Trinidad və Tobaqo yığmasının keçmiş kapitanı Devid Naxid, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, UEFA prezidenti Mişel Platini və FİFA-nın keçmiş baş katibi Jerom Şampandan sonra ali futbol qurumunun rəhbər postuna sayca 6-cı namizəd olub.
Şeyx Salman Bəhreyn kral nəslindəndi. O, 2002-ci ildən AFK-nın prezidenti kimi fəaliyyət göstərir.
FİFA prezidentliyinə namizədlərin qeydiyyatı oktyabrın 26-da başa çatacaq. Dünyanın ali futbol qurumunun yeni prezidentinin adına isə gələn il, fevralın 26-da aydınlıq gələcək.