Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli məlum olub.
Teleqraf.com-un Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən verdiyi məlumata görə, çempionatın 3 oyunu oktyabrın 31-i, 2 oyunu isə noyabrın 2-də keçiriləcək:
31 oktyabr (şənbə)
“Qarabağ” – AZAL
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 19:00
“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 18:00
“İnter” – “Zirə”
“İnter Arena”, 16:00
2 noyabr (bazar ertəsi)
“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19:00
“Rəvan” – “Xəzər Lənkəran”
“Bayıl Arena”, 21:00
Qeyd edək ki, "Kəpəz" klubu Peşəkar Futbol Liqasına müraciət edərək Premyer Liqanın XI turunda keçirilməli olan “Kəpəz” – “Qəbələ” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Buna səbəb yağışlardan sonra Gəncə şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. Bunu və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən PFL görüşün yerini dəyişib. Belə ki, XI turun matçı “Qəbələ” – “Kəpəz” kimi 3-cü dövrənin XIX turunun matçı isə “Kəpəz” – “Qəbələ” kimi qeydə alınacaq.
Xatırladaq ki, bundan əvvəl noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər günü olduğu üçün oyunların əvvəlcədən nəzərdə tutulduğu kimi 1-2 noyabrda deyil, 31 oktyabrda keçiriləcəyi bildirilirdi.