10 Dekabr 2015 22:14
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Seltik" oyunundan öncə qalmaqal yaşanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qrup şotland azarkeşlə yerli sakinlər arasında gərginlik olub. İstanbuldakı restoranlardan birində əylənən 50-yə yaxın şotland fanatla yerli sakinlər arasında başlayan söz atışmasının davaya çevrilməsinə polis mane olub.

İçkili şotland azarkeşlər polisin hadisəyə müdaxiləsindən sonra hadisə yerindən uzaqlaşıb.

"Fənərbaxça" - "Seltik" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Müəllif:

Oxşar xəbərlər