12 Dekabr 2015 16:51
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

456 qitə klubunun yer aldığı siyahıda yeddi Azərbaycan komandası da yer alır.

Hazırda ölkəmizin ən yaxşı göstəriciyə malik komandası "Qarabağ"dır. Ağdam klubu 13.475 reytinq xalı ilə 129-cu pillədə qərarlaşıb.

"Neftçi" 9.725 xalla 167-cidir. 5.475 xala malik "İnter" isə 246-cı pillədə yer alıb.

Bu mövsüm Avropa liqasının qrup mərhələsində çıxış etməklə mövqeyini xeyli yaxşılaşdıran "Qəbələ" 5.225 reytinq xalı ilə 253-cü pilləyə yüksəlib.

Qalan təmsilçilərimiz - "Xəzər Lənkəran" 4.475 xalla 283-cü, "Bakı" və AZAL isə 3.225 xalla 330-cu yerdə gedir.


Müəllif: